Tramp Orbanı andiçmə mərasiminə dəvət etmədi
Dünya
24.12.2024 09:23
Macarıstanın baş naziri Viktor Orbana ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə rəsmi dəvət gəlməyib.
TodayPress "RİA"ya istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
“Belə bir dəvət olmayıb” deyə nazir qeyd edib.
Qeyd edək ki, Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də baş tutacaq.
Günəş Mərd
tag: Orban ,Tramp, ABŞ, Macarıstan, todaypress.az,