Tramp ofisinə “kola” düyməsi quraşdırdı

Dünya

21.01.2025 13:08

ABŞ-nin prezidenti Donald Tramp Oval Ofisdə diyetik kola sifariş etmək üçün düymə quraşdırıb.  

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat paylaşıb.  

Məlumatda qeyd edilir ki, düymə Trampın əvvəlki hakimiyyət dövründə mövcud idi, lakin sonra ABŞ-nin keçmiş prezidenti Cozef Bayden onu ləğv edib. 

Xatırladaq ki, bundan əvvəl Ağ Evin keçmiş aşpazı Andre Raş Trampın şirin soda aludəçisi olduğunu bildirmişdi. 

Nicat Osman

tag: Tramp,ABŞ,Hakimiyyət,Ağ Ev,Todaypress.az,