Tramp: "Növbəti bir neçə gün Ukrayna üzrə danışıqlar çox vacib olacaq"
"Növbəti bir neçə gün Ukrayna üzrə danışıqlar üçün çox vacib olacaq"
TodayPress xəbər verir ki, bu barədə Amerika lideri Ağ Evin Oval Ofisində Norveçin Baş naziri Jonas Gahr Store ilə görüşündə jurnalistlərə bildirib.
"Biz bu müharibəni bitirmək istəyirik. Və düşünürəm ki, biz çox irəliləyiş əldə etmişik və bunun yaxın bir neçə gün ərzində baş verəcəyini görəcəyik. Bu, çox vacib olacaq. Görüşlər hazırda keçirilir" o vurğulayıb.
O, həm də Rusiya və Ukraynanı qane edən sülh sazişinin tezliklə əldə olunacağına əminliyini ifadə edib.
"Mən inanıram ki, onlar qəbul edəcəklər və düşünürəm ki, biz bu məsələni tezliklə başa vuracağıq, ümid edirəm ki, belə olacaq" Tramp bildirib.
Aynur TAC
tag: Tramp, ABŞ, Ukrayna, Danışıq, Ağ Ev, todaypress.az,