Tramp növbəti ABŞ seçkilərindən danışdı

Dünya

09.12.2024 15:17

"ABŞ Demokratik Partiyası ölkədə keçiriləcək növbəti prezident seçkilərində ümumxalq səsverməsini ləğv etmək istəyir ki, seçki prosesi yalnız Seçicilər Kollegiyasının səslərinə əsaslansın". 

TodayPress xəbər verir ki, bunu ABŞ-nin seçilmiş lideri Donald Tramp “Truth Social” sosial şəbəkəsindəki hesabında bildirib.

“Demokratlar növbəti Amerika seçkilərində ümumxalq səsverməsini ləğv etmək üçün ciddi mübarizə aparırlar. Onlar gələcək bütün prezident seçkilərinin yalnız Seçicilər Kollegiyasının səsverməsinə əsaslanmasını istəyirlər!” deyə siyasətçi qeyd edib.

Töhfə Səməd

tag: ABŞ, Demokratlar, Seçki ,Ləğv etmək, todaypress.az,