Tramp növbəti ABŞ prezident seçkilərində iştirak edəcək

Dünya

28.01.2025 14:28

ABŞ prezidenti Donald Tramp yenidən prezidentliyə namizəd ola bilmə ehtimalını dəyərləndirib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

"Növbəti prezidentlik yarışı üçün çoxlu pul topladım, amma bunu özüm üçün istifadə edə biləcəyimi düşünmürəm. 100 faiz söz verə bilmirəm ki, yenidən namizəd olmayacam. Hər an hər şey ola bilər" Ağ Evin rəhbəri Floridada Respublikaçıların qurultayında deyib.

Xatırladaq ki, ABŞ Konstitusiyasına edilən 22-ci düzəliş eyni şəxsin ardıcıl və ya fasilələrlə iki dəfədən artıq prezident postunu tutmasını qadağan edir.

Bundan əvvəl Nümayəndələr Palatasının üzvü Endi Oqles hazırkı məhdudiyyətlərə baxmayaraq, Trampın üçüncü müddətə namizəd olmaq hüququ ilə bağlı ABŞ Konstitusiyasına düzəliş təklif edib. Konqresmen respublikaçının milləti xilas etməyə qadir olan yeganə şəxs olduğunu vurğulayıb. 

O vaxtdan Tramp üçüncü müddətə prezident olması ilə bağlı şayiələri təkzib edib. Siyasətçi deyib ki, yalnız bir dəfə deyil, iki, üç, hətta dörd dəfə xidmət etmək imkanı əldə etmək onun üçün ən böyük şərəf olacaq. 

Töhfə Səməd

tag: ABŞ ,Donald Tramp,Ağ Ev,Florida,Prezident,todaypress.az,