Tramp Netanyahunu Ağ Evdəki görüşə dəvət etdi
Dünya
29.01.2025 02:12
ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunu fevralın 4-də Ağ Evdə keçiriləcək görüşə dəvət edib.
TodayPress xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
"ABŞ
prezidenti Donald Tramp baş nazir Benyamin Netanyahunu fevralın 4-ü çərşənbə
axşamı Ağ Evdə keçiriləcək görüşə dəvət edib. Baş nazir Netanyahu Donald
Trampın ikinci dövründə Ağ Evə dəvət edilən ilk xarici liderdir" deyə məlumatda
bildirilir.
tag: Tramp, Benyamin, Ağ Ev, ABŞ, todaypress.az,