Tramp NATO komandanlığını avropalıya verməyi planlaşdırır
ABŞ prezidenti Donald Tramp NATO-nun hərbi mobilliyi koordinasiya edən əsas qurumu — Avropadakı Birləşmiş Dəstək Komandanlığının rəhbərliyinə ilk dəfə avropalının təyin olunmasını nəzərdən keçirir.
TodayPress xəbər verir ki, bu barədə “Politico” jurnalı məlumat yayıb.
Mənbələr bu qərarın ABŞ-nin Avropanın müdafiəsinə azalan marağını əks etdirdiyini bildirir.
Ulm şəhərində yerləşən və Brüsseldən kənarda fəaliyyət göstərən bu struktur NATO daxilində strateji yolların, dar keçidlərin və logistik planlamanın idarəsini həyata keçirir. Komandanlıq eyni zamanda fövqəladə hallar üçün tədbirlər planını hazırlayır və hərbi blok ölkələrini birləşdirən əsas marşrutları müəyyən edir.
Qiymət Mahir
tag: Tramp,NATO,Avropa,ABŞ,todaypress.az,