Tramp miqrantlarla bağlı işçi qrup yaradacaq

Dünya

14.09.2024 10:42

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, seçkidə qalib gələrsə, qeyri-leqal miqrantlar arasında cinayətkarlıqla mübarizə üçün hüquq-mühafizə orqanlarının nümayəndələrindən ibarət xüsusi əməliyyat qrupu yaradacaq.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

"Mən Ağ Evə qayıdanda ölkəmizi ələ keçirən bütün xarici dəstələri və mütəşəkkil cinayət şəbəkələrini məğlub etmək və məhv etmək üçün elit federal hüquq-mühafizə orqanlarından xüsusi işçi qrupu yaradacağam" deyə siyasətçi bildirib.

Tramp əlavə edib ki, ABŞ-yə cənub sərhədindən dünyanın hər yerindən əvvəllər həbsxanalarda, ruhi xəstəxanalarda saxlanılan, əksəriyyəti terrorçu olan milyonlarla qeyri-qanuni mühacir gəlir.

Miqrasiya böhranı ABŞ-də hazırkı seçki kampaniyasının əsas məsələlərindən birinə çevrilib. Respublikaçılar gələn miqrantların sayının kəskin artmasına görə demokratları günahlandırırlar. Tramp dəfələrlə söz verib ki, seçkidə qalib gəlsə, ABŞ tarixindəki ən böyük qeyri-qanuni mühacirlərin deportasiyasını təşkil edəcək.

Töhfə Səməd

tag: ABŞ, Tramp, Miqrasiya ,Seçki, Qanun, todaypress.az,