Tramp miqrantların ölkədən deportasiyasına başlayacaq
Dünya
18.01.2025 15:35
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp və onun administrasiyası seçki kampaniyasında vəd olunduğu kimi, yanvarın 21-dən ölkədə yaşayan qanunsuz mühacirlərin kütləvi deportasiyası istiqamətində qətiyyətli addımlar atacaq.
TodayPress xəbər verir ki, bu haqda "The Wall Street Journal" (WSJ) məlumat yayıb.
Mühacirlərə qarşı ilk irimiqyaslı reydlər İllinoys ştatının Çikaqo şəhərində başlayacaq və həftənin sonuna kimi davam edəcək.
Əməliyyata ABŞ-nin Miqrasiya və Gömrük Nəzarəti Xidmətinin 200-ə yaxın əməkdaşı cəlb ediləcək.
İlk olaraq kriminal əməllər törətmiş qanunsuz mühacirlərin hədəfə alınacağı gözlənilir.
Nicat Osman
tag: Tramp, Miqrant, Dünya, ABŞ, todaypress.az,