Tramp-Meloni görüşünün PƏRDƏARXASI
Dünya
05.01.2025 12:31
İtaliyanın Baş naziri Ciorcia Meloni Floridada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla görüşüb.
TodayPress "The New York Times"a istinadən xəbər verir ki, görüş qeyri-rəsmi olub və yanvarın 4-də Floridadakı qolf klubunda baş tutub.
Meloni və Tramp əvvəllər qarşılıqlı minnətdarlıqlarını bildiriblər.
“Görüş İtaliyanın baş nazirinin Trampın Avropadakı müttəfiqinə çevriləcəyinə olan ümidlərini gücləndirir” qəzet yazıb.
Müəlliflər vurğulayıblar ki, bu görüş Avropa liderləri ilə qitə ilə ticarət müharibəsi başlamaqla hədələyən Tramp arasında gərginliyi artıracaq. Həmçinin Rusiya ilə müharibədə bəzi NATO ölkələrinin Ukraynaya dəstəyini azaldacaq.
Görüşdə hər iki liderin gündəmdə olan məsələləri də müzakirə etdiyi qeyd olunub. Müşahidəçilərin fikrincə, digər mümkün mövzu məşhur italyan jurnalist Sesiliya Salanın İranda saxlanmasıdır. Bu, İtaliyanın ABŞ-nin tələbi ilə bir iranlını həbs etməsindən bir neçə gün sonra baş verib. O, ölkəyə dron komponentləri tədarük etməkdə şübhəli bilinir.
tag: Rusiya,İtaliya,Görüş,NATO,Tramp,Meloni,Todaypress.az,