Tramp məhkəmənin qərarını siyasi hücum hesab edir
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp hakim Xuan Merçanın aktrisa Stormi Danielsə pul ödəyərkən “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə ona hökm çıxarmasını qeyri-qanuni siyasi hücum adlandırıb.
TodayPress xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Bu qeyri-qanuni siyasi hücum saxtakarlıqdan başqa bir şey deyil. Hakim vəzifəsini icra edən Merçan, açıq şəkildə qanunsuz olaraq, Konstitusiyamıza zidd və prezidentliyə son qoyacaq bir əmr verib" deyə Tramp əlavə edib.
Qeyd edək ki, bundan bir qədər əvvəl "CNN" Tramp barəsində hökmün onun 20 yanvara planlaşdırılan andiçmə mərasimindən əvvəl veriləcəyini bildirmişdi. Eyni zamanda məhkəmə Trampın heç bir hüquqi sanksiya ilə üzləşməyəcəyini vurğulayıb. Seçilmiş prezidentin məhkəməyə faktiki və ya şəxsən gələ biləcəyini bəyan etmişdi.
Xatırladaq ki, ötən il mayın 31-də Tramp Nyu-Yorkda maliyyə saxtakarlığı ilə bağlı 34 maddə üzrə təqsirli bilinib. İttiham tərəfi iddia edib ki, Trampın vəkili Maykl Koen 2016-cı il prezident seçkilərində siyasətçinin qələbəsi ərəfəsində aktrisa Stormi Danielsə susması üçün 130 min dollar yardım edib.
Qadın Trampla 2006-cı ildə görüşdüyünü bildirib. Siyasətçi aktrisanın dediklərini təkzib edir. İş üzrə hökm iki dəfə - əvvəlcə 2024-cü ilin iyulundan noyabrın sonuna, sonra isə qeyri-müəyyən müddətə təxirə salınıb.
Günəş Mərd
tag: Tramp,Məhkəmə,Seçki,Xuan Merça,ABŞ,Todaypress.az,