Tramp məhbus mübadiləsini tənqid etdi

Dünya

02.08.2024 09:13

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya ilə Qərb ölkələri arasında baş tutan məhbus mübadiləsini tənqid edib. 

TodayPress xəbər verir ki, o, “Truth Social” sosial şəbəkəsində Ağ Evə müraciət edib. 

“Bəs onlar Rusiya ilə məhbus mübadiləsinin təfərrüatlarını nə vaxt dərc edəcəklər? Nə qədər adam aldıq? Qatilləri, quldurları azad edirik? Sadəcə maraqlıdır, biz heç vaxt heç bir şeydə, xüsusən də girov mübadiləsində yaxşı anlaşma əldə etmirik” deyə Tramp paylaşımda yazıb. 

Onun sözlərinə görə, Amerikanın apardığı danışıqlar daima ölkə üçün rüsvayçılıq ilə nəticələnir:

"Səlahiyyətlilər sövdələşməni kompleks adlandırırlar ki, heç kim bunun nə qədər pis olduğunu başa düşməsin".

Qeyd edək ki, avqustun 1-də Ankarada Rusiya, ABŞ və bir sıra Avropa ölkələri arasında genişmiqyaslı məhbus mübadiləsi baş tutub.

Günəş Mərd

tag: Rusiya, ABŞ,Tramp, Avropa, Amerika, todaypress.az,