Tramp maliyyə vəziyyətinin ağır olmasını Baydenlə əlaqələndirdi

Dünya

15.11.2024 02:23

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ölkədəki acınacaqlı fiskal vəziyyəti Amerikanın hazırkı lideri Cozef Baydenlə əlaqələndirir.

 

TodayPress xəbər verir ki, bu barədə ”The Daily Caller”  nəşri məlumat yayıb.

 

“Federal büdcənin formalaşdırılması prosesi pozulub. Amerikanın gələcəyini xilas etmək üçün bunu düzəltmək lazımdır” o vurğulayıb.

 

Əvvəllər bildirilirdi ki, ABŞ-ın büdcə kəsiri 2024-cü ilin oktyabrına 287 faiz artaraq 257 milyard dollar təşkil edib.

 

Qeyd olunur ki, 2023-cü ilin sentyabrında ABŞ büdcəsinə 75 milyard dollar vergi daxil olub. Ötən ilin sonunda kəsir 67 milyard dollar təşkil edib.

 

Aynur TAC

tag: Amerika, Tramp, Prezident, Bayden, todaypress.az,