Tramp Makronla əl sıxışmasını şərh etdi

Dünya

09.12.2024 12:07

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla sosial şəbəkələrdə gündəm olan əl sıxışmasına münasibət bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “New York Post” yazıb.

“Bu, sadəcə möhkəm əl sıxışmasıdır”deyə Tramp bildirib.

Qeyd edək ki, söhbət Tramp, Makron və Ukrayna prezidenti Volodimir Zelenski arasında dekabrın 7-də Parisdə baş tutan üçtərəfli görüşdən gedir. Belə ki, “X” sosial şəbəkəsinin istifadəçiləri Trampın 2017-ci ildən sonra ilk dəfə fransalı həmkarı ilə görüşündə onun əlini möhkəm sıxışmasına diqqət çəkiblər. Onların bəziləri bunu Trampın “əzələ nümayişi” kimi qiymətləndiriblər. 

Günəş Mərd

tag: ABŞ, Tramp, Makron ,Zelenski, todaypress.az,