Tramp liderliyi ələ alsa, demokratların sonu necə olacaq?

Dünya

16.09.2024 15:48

“Əgər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçki kampaniyası zamanı liderlik əldə etsə, Demokratlar Partiyası “apokaliptik saxtakarlıq” edə bilərlər. 

TodayPress xəbər verir ki, bu fikri ABŞ və Kanada İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru Vladimir Vasilyev deyib. 

Onun sözlərinə görə, Demokratlar Partiyası hakimiyyət dəyişikliyinə getmək istəmir. Buna görə də elə şərait yaratmağa çalışacaqlar ki, bu mümkün olmasın.

“Bu yalnız ölkə müharibə astanasında olduğu zaman təmin oluna bilər. O zaman hazırkı hakimiyyət özünə sərf edən formada çıxış edə biləcək. Mən sizin üçün mümkün senarini təsvir edim: 

ABŞ prezidenti Cozef Bayden qəmgin və bir az əsəbi formada xalqın önünə çıxıb nitq söyləyəcək. Onun sözləri isə belə olacaq: “Bilirsinizmi, bu gün ABŞ-nin milli təhlükəsizliyinə qarşı ciddi təhlükə var, dövlətlər Rusiya ilə silahlı münaqişəyə girirlər və ya artıq başlamaq üzrədirlər, siz isə burada mübahisə edirsiniz ki, Tramp yaxşıdır, yoxsa Harris?” Və yaxud da o, deyəcək ki, ölkədə fövqəladə hal yarandığı üçün seçkilər təxirə salınır” deyə Vasilyev bildirib.

Töhfə Səməd

tag: Tramp, Liderlik, Cozef Bayden, ABŞ, Harris ,todaypress.az,