Tramp komandası ABŞ-nin ÜST-dən çıxmasını tələb edir

Dünya

22.12.2024 13:43

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası yanvarın 20-də vəzifəyə başlayacağı gün Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından ( ÜST ) çıxmasını tələb edir.

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb. 

Nəşr qeyd edib ki, ABŞ-nin çıxması Ümumdünya Səhiyyə Təşkilatını əsas maliyyə mənbəyindən məhrum edəcək və onun fövqəladə halların öhdəsindən gəlmək qabiliyyətini zəiflədəcək. 

Ağ Evin COVID-19-un yayılması ilə mübarizə üzrə keçmiş koordinatoru Aşiş Ja qeyd edib ki, ABŞ-nin yeni seçilmiş prezidentin səlahiyyət müddətinin ilk günündə təşkilatdan çıxması onun çevrəsində çoxları tərəfindən simvolik hərəkət hesab olunur. 

O, əlavə edib ki, Tramp komandasının yalnız bir hissəsi Vaşinqtonun iştirakı ilə ÜST-də islahatlar aparmaq istəyir, lakin təşkilatla əlaqələri kəsməyin tərəfdarları daha çoxdur.  

Günəş Mərd

tag: ABŞ,Tramp,ÜST,COVİD19,Todaypress.az,