Tramp Kimlə görüşündən danışdı
Dünya
06.08.2024 15:10
ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2017-ci ildə Şimali Koreya lideri Kim Çen Inla söhbətinin təfərrüatlarını açıqlayıb.
TodayPress xəbər verir ki, o, bu barədə müsahibəsində deyib.
Trampın sözlərinə görə, iki ölkə liderləri “qırmızı düymə” ilə bağlı fikir mübadiləsi aparıblar.
“Dedi ki, stolumda qırmızı düymə var. Mən dedim: “Problem yox, mənim də qırmızı düyməm var və o, səninkindən böyükdür. Və o, işləyir” Amerikanın keçmiş rəhbəri bildirib.
Tramp söhbət zamanı Elton Conun Kim Çen In üçün “Rocket Man” mahnısını ifa etdiyini qeyd edib və əlavə edib ki, KXDR lideri məhz “raket adam”dır.
Cavabında həmsöhbət onu "kiçik raket adamı" adlandırmaq lazım olduğunu söyləyib.
Günəş Mərd
tag: ABŞ, Tramp, Prezident, Rocket Man, Şimali Koreya, todaypress.az,