Tramp: "Kanada ABŞ-nin 51-ci ştatı ola bilər"

Dünya

03.12.2024 09:44

2306

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə görüşü zamanı onu hədələyib. 

TodayPress xəbər verir, bu barədə "Fox News" məlumat yayıb.

Məlumata görə, Tramp Mar-a-Lago malikanəsində Trüdo ilə söhbətində ona bildirib ki, vəzifəyə gəldikdən dərhal sonra o, malların idxalına 25% rüsum tətbiq etmək niyyətindədir.

Trampın sözlərinə görə, bu ssenari Kanadanın Kanada sərhədindən ABŞ-yə qeyri-qanuni mühacir axınının məhdudlaşdırılmasında ABŞ-yə yardım etmədiyi təqdirdə mümkündür 

Trüdonun Kanada mallarına idxal rüsumlarının əhəmiyyətli dərəcədə artmasının Kanada iqtisadiyyatına son dərəcə mənfi təsir göstərəcəyinə dair arqumentinə cavab olaraq, Trump ölkənin ABŞ-nin 51-ci ştatı ola biləcəyini qeyd edib.

Günəş Mərd

tag: Tramp, Trüdo, İdxal, ABŞ,Kanada, todaypress.az,