Tramp Kamala Harrisi “qüsurlu” adlandırdı

Dünya

31.08.2024 08:57

ABŞ-nin Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp demokrat rəqibi Kamala Harrisin qüsurlu olduğunu və müsahibə verə bilmədiyini deyib.

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. 

Siyasətçi Harrisin niyə çox müsahibə vermədiyinə təəccüblənib. 

Tramp qeyd edib ki, indi aydındır ki, “o, qüsurlu insandır” və ABŞ-yə “başqa bir qüsurlu şəxs prezident kimi lazım deyil".

Qeyd edək ki, ABŞ-də keçirilən son sorğunun nəticələrinə görə, Harris Trampı qabaqlayır.

Günəş Mərd

tag: Tramp, Harris, ABŞ, Prezident, Seşki, todaypress.az,