Tramp İsraillə bağlı söz verdi

Dünya

20.09.2024 11:30

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkiqabağı tədbirdə çıxış edərək qalib gələcəyi təqdirdə “İsraili yenidən möhtəşəm edəcəyinə” söz verib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Siyasətçi yəhudi seçicilərə “Siz ABŞ vitse-prezidenti Kamala Harrisi məğlub etməlisiniz” deyib.

Bundan əlavə, o, Harris seçkilərdə qalib gələrsə, İsrailin məhv olacağını proqnozlaşdırıb. Həmçinin ABŞ-nin iki il ərzində süquta uğrayacağını da deyib.

Tramp həmçinin bildirib ki, seçkidə uduzsa, ən çox yəhudilər məyus olacaq.

Töhfə Səməd

tag: Tramp, Harris, ABŞ, Seçki, Prezident ,todaypress.az,