Tramp İsraili İranla danışıqlardan kənarlaşdırdı

Dünya

13.05.2025 12:25

10

ABŞ prezidenti Donald Tramp, Qəzza zolağında hərbi əməliyyatları davam etdirmək qərarına görə İsraili İran və Səudiyyə Ərəbistanı ilə aparılan danışıqlardan kənarlaşdırıb. 

TodayPress xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Məlumata görə, HƏMAS-la danışıqlar nəticə vermədikdən sonra Netanyahu Qəzzada hərbi əməliyyatları davam etdirməyə qərar verib. Bu addım Ağ Evin narazılığına səbəb olub və iki ölkə arasında münasibətləri gərginləşdirib.

ABŞ hökuməti hazırda İranla birbaşa danışıqlar aparır və İsraili həm bu prosesdən, həm də Səudiyyə Ərəbistanı ilə olan danışıqlardan uzaq saxlayır.

Artıq İsrail Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılması istiqamətindəki müzakirələrə daxil edilməyəcək. ABŞ yalnız Səudiyyə ilə dinc nüvə enerjisi sahəsində əməkdaşlığı nəzərdən keçirir.

Türkan İsgəndərli

tag: ABŞ,İsrail,Netanyahu,İran,todaypress.az,