Tramp İŞİD rəhbərinin məhv edilməsi barədə tapşırıq verdi
Dünya
02.02.2025 08:44
ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD
terror təşkilatının rəhbərlərindən birinin zərərsizləşdirilməsi barədə müvafiq
göstəriş verib.
TodayPress xəbər verir ki, bu barədə o,
"Truth" sosial şəbəkəsində yazıb.
“Bu səhər mən hərbçilərə İŞİD-in Somalidəki
terrorçularının olduqları ərazilərə dəqiq hava zərbələri endirməyi əmr etdim” deyə dövlət başçısı bildirib.
O, terrorçuların Somalidəki mağaralarda gizləndiyini qeyd
edib.
“Zərbələr nəticəsində onların yaşadıqları mağaralar
dağıdılıb və dinc əhaliyə heç bir zərər vurmadan çoxlu terrorçu məhv edilib”
deyə Tramp əlavə edib.
Qeyd edək ki, Somalinin şimalında 100-200 İŞİD terrorçusu
məskunlaşıb.
tag: ABŞ, Tramp, iŞİD, Somali, Terror, todaypress.az,