Tramp İranla bağlı iddia qaldırdı

Dünya

25.09.2024 10:45

ABŞ prezidentliyinə namizəd Donald Tramp hesab edir ki, İran onun həyatı üçün təhlükə yaradır.

TodayPress xəbər verir ki, o, bu barədə "Truth" sosial şəbəkəsində yazıb.

"İran mənim həyatımı ciddi şəkildə təhdid edir. ABŞ ordusu hazırda izləyir və gözləyir. İran bir neçə dəfə addım atsa da, uğursuzluğa düçar olub. Lakin mən bilirəm ki, onlar yenidən cəhd edəcək" deyə o, bildirib.

Tramp əlavə edib ki, o, əvvəlki illərə nisbətən daha çox mühafizəçi ilə əhatə olunub. Tramp həmçinin ABŞ Konqresinə onu qorumaq üçün əlavə vəsaiti təsdiqlədiyinə görə təşəkkür edib. 

Töhfə Səməd

tag: ABŞ, Prezidentlik ,İran, Vəsait ,Tramp, Prezidentlik, todaypress.az,