Tramp İranın nüvə obyektlərinə hücumla bağlı çağırış etdi
Dünya
05.10.2024 09:10
ABŞ prezidentliyinə namizəd Donald Tramp ölkənin hazırkı rəhbəri Cozef Baydeni İsrailə İranın nüvə obyektlərinə hücum etməyə icazə verməyə çağırıb.
TodayPress xəbər verir ki, bu barədə "RİA" yazıb.
“Vurmalı olduğumuz yer bu deyilmi?” deyə Tramp qeyd edib.
Bundan əvvəl isə Co Bayden İsrailin İrana qarşı cavab zərbəsi hədəfləri barədə qərar vermədiyini bildirmiş və Təl-Əvivi İranın nüvə və neft obyektlərinə hücumla bağlı xəbərdarlıq etmişdi.
Günəş Mərd
tag: ABŞ, Tramp ,Hücum ,Təl-Əviv, İran, Bayden, İsrail, todaypress.az,