Tramp İrandan gələ biləcək təhlükəyə görə hərbi təyyarə tələb etdi
Dünya
12.10.2024 08:34
Respublikaçılar
Partiyasından Prezidentliyə namizəd Donald Tramp İrandan gələ biləcək mümkün təhlükədən
qorumaq üçün hərbi təyyarə və nəqliyyat vasitələri tələb edib.
TodayPress xəbər verir ki, bu barədə
mənbələrə istinadən “The Washington Post“ məlumat yayıb.
Nəşrin məlumatına görə, son bir neçə həftədə siyasətçinin
seçki qərargahının nümayəndələri ABŞ Məxfi Xidmətinin rəhbərliyinə məktublar
göndərərək, qurumun Trampın təhlükəsizliyini adekvat şəkildə təmin etməməsindən
narazılıqlarını ifadə ediblər.
tag: Donald Tramp, İran, ABŞ,Müharibə, Seçki, todaypress.az,