Tramp: "İnəklər insanları əvəz edə bilər"

Dünya

27.07.2024 10:52

2056

Tramp Şimali Karolina ştatının Şarlotta şəhərində çıxışı zamanı Kamala Harrisi qırmızı əti qadağan edən qanunları qəbul etməkdə ittiham edib.  

TodayPress xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb. 

"Kamala hətta iqlim dəyişikliyini dayandırmaq üçün qırmızı əti qadağan edən qanunlar qəbul etmək istəyir. Bunun nə demək olduğunu bilirsinizmi? Bu, artıq inək əti yeməyəcik deməkdir. Güman edirəm ki, bununla da insanlar azalacaq, inəklər çoxalacaq. İnəklər hər yerdə olacaq" deyə o, sözlərinə davam edib.

Töhfə Səməd

tag: Tramp, İnsanlar, İqlim, Kamala, Şimali Karolina, Şarlotta, todaypress.az,