Tramp inauqurasiya üçün rekord məbləğ toplandı

Dünya

19.01.2025 09:50

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya üçün rekord məbləğdə 150 ​​milyon dollar toplayıb.

TodayPress xəbər verir ki, bu barədə “The Washington Post”a Respublikaçılar Partiyasının adı açıqlanmayan nümayəndəsi bildirib. 

Qeyd olunub ki, noyabr seçkilərində qalib gəldikdən sonra Trampın inauqurasiya komitəsi 150 milyon dollardan çox vəsait toplayıb.

Əsas sponsorlar arasında "Microsoft", "Google", "Meta", "Uber", "Boeing" və "Lockheed Martin" kimi təşkilatlar var. 

2025-ci ildə siyasətçinin andiçmə tədbirlərinə vəsait ayırmağa rəsmi razılıq verən 40 fiziki şəxs və şirkətdən 60 faizdən çoxunun onun 2017-ci ildə ilk andiçmə mərasiminin sponsorluğunda iştirak etmədiyi bildirilir. 

Mərasimdən 90 gün sonra komitə tərəfindən toplanan vəsaitlər barədə tam hesabat ABŞ Federal Seçki Komissiyasına təqdim olunacaq. 

Xatırladaq ki, Trampın andiçmə mərasimi yanvarın 20-də baş tutacaq.

Günəş Mərd 

tag: Tramp,Andiçmə,Rekord,İanə,Todaypress.az,