Tramp inauqurasiya üçün rekord məbləğ topladı
Dünya
20.01.2025 13:20
ABŞ-nin yeni seçilmiş prezidentinin 2017-ci ildəki andiçmə mərasimində cəmi 107 milyon dollar toplanmışdı.
TodayPress xəbər verir ki, bu barədə “ABC” telekanalı məlumat yayıb.
Bildirilir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiya mərasimi üçün rekord məbləğdə 250 milyon dollar toplayıb.
Televiziya şirkətinin məlumatına görə, Respublikaçıların inauqurasiya mərasimi iri texnologiya şirkətləri tərəfindən maliyyələşdiriləcək, onların rəhbərləri Vaşinqtonda keçiriləcək tədbirdə iştirak edəcək.
Bunlar “Meta”, “Apple”, “Amazon”, “Google”, “Microsoft”, “OpenAI” və “Uber” şirkətləridir.
Nicat Osman
tag: Tramp, İnauqurasiya, ABŞ, Dünya, Xəbər,todaypress.az,