Tramp inaqurasiyadan əvvəl xarici liderlərlə görüşməyəcək
Dünya
17.11.2024 02:34
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp rəsmi səlahiyyətlərinin icrasına başlamazdan əvvəl xarici liderlər və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri ilə görüşməyəcək.
TodayPress xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Agentliyin Yaponiya hökumətindəki mənbələrinin məlumatına görə, Trampın komandası Yaponiya tərəfinə ABŞ-nin yeni seçilmiş prezidentinin rəsmi andiçmə mərasiminə qədər xarici yüksək səviyyəli nümayəndələrlə şəxsi görüşlər keçirməmək qərarına gəldiyini bildirib.
tag: ABŞ, Tramp, Yaponiya, Prezident, Seçki, todaypress.az,