Tramp İlon Maska müsahibə verəcək
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp avqustun 12-də amerikalı milyarder İlon Maska geniş müsahibə verəcəyini açıqlayıb.
TodayPress xəbər verir ki, Tramp bu barədə “Truth” sosial şəbəkəsində məlumat verib.
Siyasətçi müsahibə ilə bağlı başqa təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, bundan öncə İlon Mask Donald Trampı rəqibi Kamala Harrislə müqayisədə ABŞ prezidentliyinə daha məqbul namizəd hesab etdiyini bildirmişdi.
Günəş Mərd
tag: Tramp, İlon Mask, ABŞ, Prezident,Namizəd, todaypress.az,