Tramp hökumətdəki bütün inklüziv proqramları dayandıracaq
Dünya
20.01.2025 12:37
ABŞ-nin yeni seçilmiş prezidenti müvafiq fərmanı imzalamaqla qanunvericilik səviyyəsində insanın bioloji cinsiyyətinin tərifini müəyyən edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra federal hökumətdəki bütün inklüziv proqramları bağlayacaq.
Bildirilir ki, yeni ABŞ lideri andiçmə mərasimindən dərhal sonra bütün müxtəliflik, bərabərlik və inklüziv proqramlara son qoymağa çalışacaq.
Bundan əlavə, müvafiq fərmanı imzalamaqla Tramp qanunvericilik səviyyəsində insanın bioloji cinsinin tərifini müəyyən edəcək.
Tramp daha əvvəl ABŞ-də “transgender dəliliyinə son qoyacağına” söz vermişdi.
2024-cü ilin dekabr ayında Arizona ştatının Feniks şəhərində çıxış edən Tramp “cinslərinin dəyişdirilməsi əməliyyatı ilə uşaqların şikəst edilməsini” dayandırmaq üçün icra sərəncamları imzalayacağını və “transgenderləri ordudan, ibtidai, orta və ali məktəblərdən qovacağını” və qadağan edəcəyini vəd edib.
Ağ Evin gələcək sahibi yalnız iki cinsin - kişi və qadının mövcudluğunun tanınmasının ABŞ-nin rəsmi siyasətinə çevriləcəyini vurğulayıb.
Nicat Osman
tag: Tramp, ABŞ, Gender ,Transgender,Dünya,todaypress.az,