Tramp Hindistan-Pakistan münaqişəsində vasitəçiliyə hazırdır

Dünya

11.05.2025 11:15

15

ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistan arasında baş verən gərginliklə bağlı “Truth Social” platformasında açıqlama verib. 

TodayPress xəbər verir ki, o, Vaşinqtonun hər iki tərəflə işləməyə hazır olduğunu bildirib: 

“Min illərdən sonra Kəşmir məsələsində bir həll yolu tapmaq mümkündürmü – bunu birlikdə araşdıracağıq”deyə Tramp qeyd edib.

Amerika lideri həmçinin bildirib ki, Hindistan və Pakistanla ticarət əlaqələrini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir. Bu addımın regional sabitliyə töhfə verəcəyi gözlənilir.

Qiymət Mahir

tag: ABŞ,Donald Tramp,Hindistan,Pakistan,todaypress.az,