Tramp Harrislə yeni debatdan imtina etdi
Dünya
10.10.2024 09:37
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Tramp, hazırkı vitse-prezident Kamala Harrislə yeni debatda iştirak etməkdən imtina edib.
TodayPress xəbər verir ki, bu barədə Tramp özünün "Truth Social" hesabında yazıb.
O, "Fox News"un debatın oktyabrın 24-də, və ya 27-də keçirilməsi təklifinə belə cavab verib.
Trampın sözlərinə görə, proses artıq çox uzağa gedib, səsvermə artıq başlayıb, ona görə də revanş olmayacaq.
Tramp eyni zamanda müzakirələrin sentyabrın 4-də keçirilməsi ilə bağlı "Fox News"un əvvəlki təklifini qəbul etdiyini, lakin Harrisin bunu rədd etdiyini vurğulayıb.
Eks-prezident həmçinin qeyd edib ki, onun seçicilər arasında populyarlığı ilk növbədə ölkənin əsas ştatlarında artmaqda davam edir.
Günəş Mərd
tag: Tramp, ABŞ, Namizəd, Kamala Harris, todaypress.az,