Tramp Harrisin onunla debatdan qaçdığını dedi
Dünya
20.08.2024 10:47
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin hazırki vitse-prezidenti Kamala Harris sentyabrın 4-də “Fox News” telekanalında onunla debatda iştirakdan imtina edib.
TodayPress xəbər verir ki, o, bu barədə “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Yoldaş Kamala Harris indicə bizə bildirdi ki, o, sentyabrın 4-də “Fox News” debatında iştirak etməyəcək".
Tramp qeyd edib ki, vəziyyət onu təəccübləndirməyib. Çünki Harris, inandığı hər şeyi müdafiə etməyin onun üçün çox çətin olacağını bilir.
Bundan əvvəl Tramp və Harrisin sentyabr və oktyabr aylarında keçiriləcək teledebatların vaxtı ilə bağlı razılığa gəldiyi bildirilmişdi.
Töhfə Səməd
tag: Tramp, Harris, Debat,Respublikaçılar Partiyası, ABŞ, todaypress.az,