Tramp Harrisin debatların ikinci raundunun keçirilməsi təklifini pislədi
Dünya
22.09.2024 02:11
Prezidentliyə namizədi Donald Tramp demokrat rəqibi Kamala Harrisin debatların ikinci raundunu keçirmək təklifini pisləyib və gec olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat
yayıb.
Trampın sözlərinə görə, Harris və komandası onların
kampaniyasının yaxşı getmədiyini görür, ona görə də onlar daha əvvəl debatların
növbəti raundunun keçirilməsini təklif ediblər.
“Lakin problem ondadır ki, başqa debat üçün çox gecdir. Səsvermə artıq başlayıb” Tramp vurğulayıb.
Aynur TAC
tag: ABŞ, Donald Tramp, Amerika, Harris, todaypress.az,