Tramp Harrisi qabaqladı - Sorğu

Dünya

02.08.2024 10:49

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçki yarışında ABŞ-nin vitse-prezidenti Kamala Harrisi qabaqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “Rasmussen Reports” tədqiqat təşkilatının keçirdiyi sorğunun nəticələrində qeyd olunub.  

Sorğu iştirakçılarının 49%-i prezident seçkilərində Trampı dəstəklədiyi bildirib, 44%-i Harrisə üstünlük verib. Respondentlərin 4%-i isə başqa namizədə səs verəcəklərini bildiriblər. Daha 2 faizi qərarsız qalıb.

Qeyd edək ki, 2 mindən çox potensial amerikalı seçicinin iştirak etdiyi sorğu 24-25 iyul və 28-31 iyul tarixlərində aparılıb.

Günəş Mərd

tag: ABŞ, Prezidentlik, Harris, Tramp, Sorğu, todaypress.az,