Tramp Harrisi “fake” xəbərlər yaratmaqda ittiham etdi
Dünya
12.08.2024 16:20
ABŞ-nin 45-ci prezidenti Donald Tramp Demokratlar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd Kamala Harrisi saxta xəbərlər yaratmaqda ittiham edib.
TodayPress xəbər verir ki, o, bunu “Truth” sosial şəbəkəsindəki hesabında bildirib.
“Harrisin hava limanında hamını necə aldatdığını kimsə fərq etdimi? O, süni intellektdən istifadə edib və özünə yalançı tərəfdarlarla izdiham yaradıb. Əslində isə bu yalandır. Elə bir izdiham olmayıb” deyə siyasətçi əlavə edib.
Xatırladaq ki, Tramp daha əvvəl Harrisi “fikirləri kopyalamaq”da ittiham etmişdi.
Töhfə Səməd
tag: Tramp, Harris, ABŞ, Hava Limanı,Demokratlar Partiyası, todaypress.az,