Tramp Harrisi cəmi 1% qabaqlayır
Dünya
26.07.2024 11:40
ABŞ-nin keçmiş prezidenti Donald Tramp prezidentliyə namizəd vitse-prezident Kamala Harrisi bir faizlə qabaqlayır.
TodayPress xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, seçicilərin 48%-i keçmiş ABŞ lideri Trampa, 47%-i isə vitse-prezident Kamala Harrisə səs verməyə hazırlaşır.
Nəşr qeyd edir ki, demokratik koalisiyanın sürətli islahatları, Trampın üstünlüyünü azaltmağa kömək edib. Harris demokratlardan 93% dəstək alıb. Bu, Trampın respublikaçılardan aldığı dəstəklə, demək olar, eynidir.
Qeyd edək ki, Kamala Harris dünən “X” sosial şəbəkəsində prezident seçkilərində namizəd olacağını rəsmən bildirib.
Günəş Mərd
tag: Tramp, Harris, Məlumat, Lider, todaypress.az,