Tramp: "Harris Rusiya ilə müharibənin tərəfdarıdır"

Dünya

14.09.2024 10:00

“ABŞ hökuməti Kamala Harrisdən fərqli olaraq Rusiya ilə hərbi münaqişə tərəfdarı deyil”. 

TodayPress xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Las-Veqasda çıxışı zamanı deyib.

O, Harrisi Rusiya ilə müharibənin tərəfdarı adlandırıb və seçkilərdə qalib gələcəyi təqdirdə ölkədə məcburi hərbi xidmətə çağırışın yenidən tətbiq ediləcəyini vurğulayıb.

“Harrisə səs verməklə siz Rusiya ilə müharibəyə səs vermiş olursunuz. Rusiya ilə müharibə istəyən varmı? Lazım gələrsə, edəcəyik. Amma hazırda bunu deyil, ölkənin inkişafını düşünməliyik. Harris uşaqlarınızı hərbi xidmətə çağırmaq və onları müharibəyə göndərmək istəyir” deyə siyasətçi bildirib.

Töhfə Səməd

tag: Harris ,Tramp, Rusiya, Müharibə ,Las-Veqas, todaypress.az,