Tramp-Harris debatının nəticələri açıqlandı

Dünya

11.09.2024 14:48

“SSRS”in sorğusunda iştirak edən seçicilərin əksəriyyəti Demokratlar Partiyasının namizədi Kamala Harrisin Respublikaçılar Partiyasından rəqibi Donald Trampla debatında qələbə qazandığını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Sorğunun nəticələri göstərib ki, respondentlərin 63 faizi Harrisin Trampdan daha yaxşı çıxış etdiyinə inanır. Qalan 37 faiz isə 45-ci ABŞ prezidentinə üstünlük verib. Eyni zamanda, 36 faiz seçici ölkənin xarici və daxili siyasəti məsələlərində Trampa, 32 faiz isə Harrisə tam etibar etdiyini bildirib.

Qeyd edək ki, sorğuda 605 nəfər iştirak edib. 

Xatırladaq ki, Tramp-Harris debatı sentyabrın 10-da baş tutub. Tramp son teledebatı “bütün siyasi karyerasının ən yaxşısı” kimi qiymətləndirib.

Töhfə Səməd

tag: Harris, Debat, Tramp ,Qalib, Prezident ,ABŞ, todaypress.az,