Tramp: “Harris ABŞ-ni III Dünya Müharibəsinə sürükləyəcək”
Dünya
28.07.2024 09:33
"Kamala Harris seçkidə qalib gəlsə, ABŞ III Dünya Müharibəsinə cəlb olunacaq".
TodayPress “NTV”yə istinadən xəbər verir ki, bu fikri ABŞ-nin keçmiş prezidenti, prezidentliyə namizəd Donald Tramp bildirib.
"Kamala Harrisin prezidentliyi daha dörd il həddindən artıq xaos yaradacaq və ehtimal ki, III Dünya Müharibəsi baş tutacaq" deyə Tramp bildirib.
Eyni zamanda, Respublikaçıya görə, özünün seçkidə qələbə qazanması ilə sağlam düşüncə və gücü ABŞ-yə geri qayıdacaq.
Qeyd edək ki,bundan əvvəl keçmiş prezident Harrisi açıq şəkildə tənqid edərək onu “aşağı IQ-yə sahib rəqibi ” adlandırmışdı.
Günəş Mərd
tag: ABŞ, Tramp, Namizəd, Prezident, todaypress.az,Kamala,