Tramp hansı halda namizədliyini geri götürəcək?

Dünya

01.08.2024 09:50

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp səhhəti pisləşərsə, prezidentlik yarışından geri çəkiləcək. 

TodayPress xəbər verir ki, bu barədə eks-prezident özü bildirib. 

“Bəli, səhhətimdə problem yarandığını hiss etsəm, seçki marafonundan geri çəkiləcəm. Mən prezidentliyə namizəd olan hər kəsin sağlamlıq vəziyyətinin yoxlanılmasının tərəfdarıyam” deyə Tramp qeyd edib.  

ABŞ-nin keçmiş prezidenti əlavə edib ki, koqnitiv testdən keçməyə hazırdır.

Günəş Mərd

tag: Tramp, ABŞ, Prezident,Respublikaçılar, Namizədlik, todaypress.az,