Tramp hakimiyyətə gələrsə, neft ucuzlaşacaq
Dünya
16.08.2024 15:46
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp seçkilərdə qalib gələrsə, neftin qiymətini aşağı salacağına söz verib.
TodayPress xəbər verir ki, o, bu sözləri Nyu-Cersidə keçirdiyi mətbuat konfransında deyib.
“Prezident olduğum ilk gündən qiymətləri dərhal aşağı salacağam və neft qazma işlərinə başlayacağam. Bu, hər şeyin qiymətini aşağı salacaq" deyə o, bildirib.
Onun sözlərinə görə, hakimiyyətə gəldikdən sonra enerji qiymətlərini iki dəfə azaldacaq. O, xatırladıb ki, ABŞ Rusiya və Səudiyyə Ərəbistanı da daxil olmaqla digər ölkələrdən daha çox neft ehtiyatına malikdir. Tramp yeni enerji mənbələrinin əleyhinə olmadığını, lakin onların mövcud iqtisadi və enerji problemlərini həll etməyəcəklərini də vurğulayıb.
Töhfə Səməd
tag: Nyu-Cers, Tramp, ABŞ, Rusiya,Səudiyyə Ərəbistan, todaypress.az,