Tramp gələn ay Yaxın Şərq ölkələrinə səfər edəcək
ABŞ Prezidenti Donald Trampın gələn ay Yaxın Şərq ölkələrinə səfəri başlayır.
TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
Səfər 13-16 may tarixlərini əhatə edir.
Yaxın Şərq turnesi çərçivəsində ABŞ lideri Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də olacaq.
tag: ABŞ, Tramp, Yaxın Şərq, Ağ Ev, todaypress.az,