Tramp federal səviyyədə ölüm hökmünün bərpasına göstəriş verdi
Dünya
21.01.2025 17:06
ABŞ prezidenti Donald Tramp baş prokurora bütün ştatları öldürücü inyeksiya üçün kifayət miqdarda dərmanla təmin etməyi əmr edib.
TodayPress xəbər verir ki, bu barədə Ağ evin saytında məlumat dərc edilib.
“ABŞ-nin siyasəti ölüm hökmünə icazə verən qanunlara hörmət edilməsini və tam şəkildə tətbiq olunmasını təmin etmək və edamlara maneçilik törədən və onların qarşısını almaqla qanunu pozan siyasətçilərə və hakimlərə qarşı çıxmaqdır”.
Bildirilir ki, ABŞ Baş Prokuroru qanuna görə ağır cinayətlərə, o cümlədən asayiş keşikçisinin qətlinə, habelə sənədsiz immiqrantlar tərəfindən törədilən ağır cinayətlərə görə ölüm cəzası tələb edir.
Bundan əlavə, Tramp baş prokurora bütün ştatların öldürücü inyeksiyaların aparılması üçün kifayət qədər dərmanla təmin olunması üçün lazımi tədbirlər görməyi tapşırıb.
Nicat Osman
tag: Tramp,ABŞ,Ölmü hökmü,Dərman,Todaypress.az,