Tramp Ərdoğandan vasitəçilik etməsini istədi

Dünya

08.05.2025 13:40

9

ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana telefon danışığı zamanı Ukrayna məsələsində vasitəçilik təklifi edib. 

TodayPress xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Ərdoğan həm Rusiya prezidenti Vladimir Putin, həm də Ukrayna prezidenti Volodimir Zelenski ilə dialoq qurmaq imkanına malikdir. 

Nəşr qeyd edir ki, əgər Ukrayna ABŞ və Böyük Britaniyanın təzyiqi ilə danışıqlardan imtina etməsəydi, Türkiyə ilk üç ayda sülh əldə edə bilərdi.

Məlumata görə, Türkiyə lideri Trampın bu təklifinə müsbət cavab verib.

Türkan İsgəndərli

tag: ABŞ,Türkiyə,Donald Tramp,Ukrayna,todaypress.az,