Tramp ənənəyə qarşı çıxdı
Dünya
18.01.2025 17:50
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ənənəyə qarşı çıxaraq andiçmə mərasiminə xarici liderləri dəvət etməyə qərar verib.
TodayPress xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Bildirilir ki, Çin lideri Si Cinpin tədbirə dəvət alıb, lakin ÇXR Sədrinin əvəzinə onun müavini Han Cen mərasimə qatılacaq.
Həmçinin Argentina Prezidenti Xavyer Miley, İtaliya Baş naziri Ciorcia Meloni, Ekvador Prezidenti Daniel Noboa, Paraqvay Prezidenti Santyaqo Penya ilk dəfə olaraq Yaponiya XİN rəhbəri və s. ölkə liderləri andiçmə mərasimində olacaq.
Nicat Osman
tag: Dünya, ABŞ, Tramp, Xəbərlər,Çin, todaypress.az,