Tramp dəstəkçilərinə mühüm vəzifə verdi
Dünya
16.11.2024 00:52
ABŞ-nin
yeni seçilmiş prezidenti Donald Tramp seçki kampaniyası zamanı kommunikasiyalar
üzrə direktor vəzifəsində çalışmış Stiven Çunqu Ağ Evin kommunikasiya direktoru
təyin edib.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, bundan başqa Serxio Qorun
prezidentin kadrlar departamentinin direktoru vəzifəsini tutacağı da açıqlanıb.
“Stiven Çunq və
Serxio Qor 2016-cı ildə ilk prezidentlik kampaniyam zamanı etibarlı
məsləhətçilər olub və “Öncə Amerika” prinsiplərini dəstəkləməyə davam ediblər”
Trampın bəyanatında deyilir.
tag: ABŞ, Tramp, Prezident, Ağ Ev, todaypress.az,