Tramp “Dəmir Qübbə” ilə bağlı göstəriş verdi

Dünya

28.01.2025 09:02

ABŞ prezidenti Donald Tramp “Dəmir Qübbə” milli raketdən müdafiə sisteminin inkişafı haqqında fərman imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Tramp Floridadan Merilendə uçarkən Dəmir Günbəzin yaradılması haqqında sərəncam imzalayıb. 

Yanvarın 27-də isə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ-nin yeni administrasiyası İsrailin "Dəmir Qübbə"sinə bənzər raketdən müdafiə sistemi yaratmaq, həmçinin  Pentaqonun müxtəliflik proqramlarına son qoymaq üçün icraçı sərəncamlar hazırlayır.   

Günəş Mərd

tag: ABŞ,Tramp,Dəmir Qübbə,Müdafiə,Sərəncam,Todaypress.az,