Tramp Çin liderini andiçmə mərasiminə dəvət etdi

Dünya

12.12.2024 09:20

Amerikada prezident seçkilərində qalib gələn Donald Tramp 2025-ci il yanvarın 20-də baş tutacaq inaqurasiya mərasimində iştirak etmək üçün Çin prezidenti Si Cinpinə dəvət göndərib. 

TodayPress xəbər verir ki, bu barədə "CBS News" kanalı məlumat yayıb. 

Qeyd olunub ki, gələcək prezidentin komandası mərasimə digər xarici qonaqları da dəvət etmək niyyətindədir.   

Günəş Mərd

tag: Çin,Tramp,ABŞ,Andiçmə,Dəvət,Todaypress.az,